Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə baş tutan Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.
Bildirilib ki, artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb.

Tehsil-press.az

Oxşar xəbərlər