Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamında təsbit edilmiş, ədalət mühakiməsinin humanistləşdirilməsi və vətəndaşların konstitusiya təminatlarının müdafiəsinə yönəlmiş prinsipləri öz fəaliyyətində əvvəllər də rəhbər tutub və bu prinsipləri bundan sonra da daim tətbiq edəcək.
Bunu Təhsil-press.az-a Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.
Aparat rəhbəri qeyd edib ki, dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsi üçün yeni mərhələdir:
"Dövlət başçısının imzaladığı sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsini ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edib. Sənəddə cinayət prosesi və cəzaların icrası sahəsində yeni humanist rəhbəredici istiqamətlər öz əksini tapıb".
R.Əliyevin sözlərinə görə, ibtidai istintaq və məhkəmə icraatı zamanı həbs qətimkan tədbirinin demək olar ki, yalnız xüsusi ehtiyac olduğu hallarda tətbiq edilməsi hüquqi dövlətin mühüm atributudur. Dövlət başçısının sərəncamında Azərbaycanda müasir texnologiyaların cinayət prosesi və cəzaçəkmə prosesində tətbiqi ilə bağlı öz əksini tapmış göstərişlər ittiham edilən və təqsirli bilinən şəxslərin konstitusiya hüquqlarının təmin edilməsinə yönəlib.
R.Əliyev əlavə edib ki, son illər penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsinə yönəlmiş mühüm tədbirlərin davam etdirilməsi, habelə probasiya institutunun tətbiq edilməsinin vacibliyi dövlətimizin demokratik dəyərlərə daim sadiq olduğunu bir daha təsdiq edir:
"Qeyd edilməlidir ki, ölkəmizin sürətli iqtisadi inkişafı öz növbəsində müasir və tərəqqi yanaşmalar əsasında hüquqi dövlətçiliyin inkişafına öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin uğurlu fəaliyyəti, bir sıra məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, habelə "Elektron məhkəmə" sistemi ilə təchiz edilməsi vətəndaşlara dövlət xidmətlərinin açıq və çevik şəkildə göstərilməsi, ədalət mühakiməsi sistemində isə şəffaflığın təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da xüsusilə vurğulanıb ki, həbs qətimkan tədbiri şəxsin konstitusiya hüquq və azadlıqlarını daha artıq məhdudlaşdırdığı üçün həmin qətimkan tədbiri tətbiq edilərkən qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsi olduqca mühümdür".
Təhsil-press.az