Gənclər Forumu çərçivəsində “Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu” mövzusunda plenar panel, “Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” mövzusunda panel sessiya keçirilib.
Panel müzakirələrin sonunda isə gənclər tərəfindən İşçi qruplar yaradılıb və üç istiqamətdə - iqtisadi və ticari əməkdaşlıq, davamlılıq və texnologiya, insan inkişafı və insanlar arasında dialoq məsələləri ətrafında müzakirələr aparılıb.
İşçi qrupların iclasında çıxış edən BDU-nun tələbəsi Mert Üstün İƏT ölkələrində “EKO könüllülük” proqramı təşəbbüsü ilə çıxış edib, bununla gənclərin yeni təcrübələr əldə edəcəyini bildirib.
Qeyd edək ki, Forumda təşkilata üzv olan 7 ölkədən 100-dək gənc, dövlət orqanlarının nümayəndələri, İƏT rəsmiləri və ekspertlər iştirak edirlər.
Tehsil-press.az