Artıq eyni vaxtda 50 nəfər görüntülü zəngə qoşula biləcək

Artıq eyni vaxtda 50 nəfər görüntülü zəngə qoşula biləcək “Microsoft” korporasiyası messencerdə konfrans iştirakçılarının sayını 2 dəfə artırmağı planlaşdırır.
ndi “Skype” messencerində videokonfranslarda 25 istifadəçi ünsiyyət saxlaya bilər.
Tərtibatçılar artıq messencerin yeni versiyasını sınaqdan keçirirlər. Müqayisə üçün, “FaceTime” proqramının sonuncu yeniləməsində 32 nəfər eyni anda ünsiyyət qura bilər.
50 nəfərdən ibarət qrup zəngi fərdi zəngdən bir qədər fərqlidir. Konfrans iştirakçılarına ümumi söhbətə qoşulmaq təklifindən ibarət bildiriş (zəngsiz və melodiyasız) göndəriləcək. Bundan başqa bütün dəvət edilmiş istifadəçilər videozəngə yalnız əvvəldə deyil, istənilən vaxt qoşula bilər.
Bu funksiya artıq “Skype” proqramının beta-versiyasında əlçatandır.

Tehsil-press.az

Oxşar xəbərlər