FİZİKA İNSTİTUNUN 2018-Cİ İLDƏ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

FİZİKA İNSTİTUNUN 2018-Cİ İLDƏ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda İnstitutun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov açıb. O, ilk olaraq gündəlikdə duran məsələrlə iclas iştirakçılarını tanış edib.
İnstitutun hesabatını elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov məruzə edib. Bildirib ki, hesabat ilində Fizika İnstitutunda ilk növbədə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarından irəli gələn vəzifələr yerinə yetirilib. C.Abdinov 2018-ci ildə elmi-tədqiqat işlərinin 3 istiqamətdə (kondensə olunmuş hal fizikası,optoelektronikanın fiziki-texniki əsasları; nüvə fizikası və yüksək enerjilər fizikası; energetikanın fiziki-texniki problemləri) aparıldığını qeyd edib. Bildirib ki, bu istiqamətlərə daxil olan 4 mövzu, 39 iş, 55 mərhələ üzrə elmi-tədqiqat işləri aparılıb. C.Abdinov ötən il keçirilmiş AMEA-nın Ümumi yığıncağında Fizika İnstitutunun qarşısına qoyulan tapşırıqların yerinə yetirildiyini vurğulayıb. O, İnstitutun sektor və laboratoriyalarında alınan mühüm nəticələr haqqında məlumat verib. Bildirib ki, il ərzində elmi müəssisənin əməkdaşları 3 patent əldə etmişdir.
Hesabat ilində fundamental elmlə təhsilin inteqrasiyası istiqamətində də işlər davam etdirilib. İnstitutun 30-a qədər alimi Bakı dövlət Universiteti (BDU), Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Aviasiya Akademiyası, Azərbaycan Dövlər Neft və Senaye Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və s. universitetlərdə ixtisas fənnlərindən mühazirələr aparıb, magistrlərin dissertasiya işlərinə rəhbərlik ediblər. Həmin təhsil müəssislərinin 20-ə yaxın müəllim və professorları Fizika İnstitutunda elmi-tədqiqat işlərinə cəlb olunublar. ADPU, BDU, AzTU-nun çox sayda müəllim və tələbələri Fizika İnstitutunda stajartırma, təcrübə keçmiş, birgə tədqiqatlar aparmışlar.
Akademik İnstitutda 4 ixtisas üzrə Dissertasiya Şurasının fəaliyyət göstərdiyini qeyd edib. Vurğulayıb ki, cari ildə Şurada 10 nəfər (3 nəfər elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru) müdafiə edib.
Bildirib ki, hesabat ilində İnstitutun əməkdaşları tərəfindən 634 elmi iş, 399 məqalə çap olunub. Xarici jurnallarda 207, respublikada 192, yüksək impafaktorlu jurnallarda 196 məqalə nəşr olunub. 2018-ci ilin ilk 10 ayında İnstitutun əməkdaşlarının məqalələrinə 7053 istinad olunub. İnstitutun alimləri tərəfindən 1 monaqrafiya, 3 kitab, dərs vəsaiti və elmi populyar kitablar dərc olunub.
Daha sonra C.Abdinov İnstitutun elmi-təşkilati fəaliyyəti, beynəlxalq əlaqələri, keçirilmiş konfranslar, kadr hazırlığı, ezamiyyətlər, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, yerli və beynəlxalq qrantlar, təsərüfat və maliyyə işləri haqqında məlumat verib.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


FİZİKA İNSTİTUNUN 2018-Cİ İLDƏ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİBFİZİKA İNSTİTUNUN 2018-Cİ İLDƏ ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

Oxşar xəbərlər