MƏKTƏBLİLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

MƏKTƏBLİLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR Xətai rayonu Əhmədli qəsəbəsi 245 saylı tam orta məktəbin X və XI sinif şagirdləri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar. Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Fizika İnstitutu İnnovasiya sektorunun rəhbəri, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimovun rəhbərliyi altında İnstitutun alimləri elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


MƏKTƏBLİLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Oxşar xəbərlər