Trampın Cənubi Koreya prezidenti ilə görüşəcəyi tarix məlum oldu

Trampın Cənubi Koreya prezidenti ilə görüşəcəyi tarix məlum oldu Koreya Respublikasının prezidenti Mun Çje İn 10-11 aprel tarixlərində Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşməyi planlaşdırır.
Bu barədə Mavi Evin (Koreya Resbulkasının prezidentinin rəsmi iqamətgahı) bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Liderlər hər şeyi əhatə edən danışıqlar aparacaqlar və Vaşinqton və Seul arasında alyansın möhkəmləndirilməsi yollarını və tam denuklearizasiyası yolu ilə Koreya yarımadasında sülhün bərqərar olması üzrə mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər".

Tehsil-press.az

Oxşar xəbərlər