Təhsil Nazirliyi “Yaşıl məktəb” aksiyasına başlayır

Təhsil Nazirliyi “Yaşıl məktəb” aksiyasına başlayır Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən “Yaşıl məktəb” aksiyasına start verir.
Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılacaq.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Aksiya aprelin sonunadək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər