Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi mayın 6-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumunu keçirilib.
“Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin II Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının və “Ekoklub”lar şəbəkəsinin genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.
Tədbirdə Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və digər təşkilatların nümayəndələri, ekologiya üzrə beynəlxalq ekspertlər, 400-dən çox məktəblilər və “Ekoklub” üzvü iştirak ediblər.
Forumun rəsmi açılışı Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında, “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” mövzu üzrə panellər və təqdimatlar T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə keçirilib. Məktəblilər ekologiyanın qorunması ilə bağlı iştirak etdikləri aksiyalardan danışıb və yeni təkliflərlə çıxış ediblər.
30 orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib.
Forumun yekununda iştirakçılar ilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti
Onlayn xəbər abunə xidməti