VALİDEYN- MÜƏLLİM ASSOSASİYASININ ÜZVLƏRİ UNİVERSİTET İDARƏETMƏSİNDƏ İCTİMAİ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

VALİDEYN- MÜƏLLİM ASSOSASİYASININ ÜZVLƏRİ UNİVERSİTET İDARƏETMƏSİNDƏ İCTİMAİ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ EDİBLƏR Gəncə Dövlət Universitetində “Valideyn-Müəllim Assosiasiyası”nın (VMA) növbəti iclası keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, müəllim və valideynlər iştirak ediblər.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva görüşün əsas məqsədinin valideynlərin tədris prosesinə cəlb edilməsindən və universitetin idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi məsələlərinin müzakirəsindən ibarət olduğunu diqqətə çatdırıb. Prorektor təhsilin inkişafı ilə əlaqədar mütəmadi müzakirələr aparıldığını və mövcud problemlərin həlli yollarının aradan qaldırılması üçün səylərin artırıldığını bildirib.
Təhsil işçilərinin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən Gülsüm Fətəliyeva ictimaiyyətin təhsil müəssisələrinin fəaliyyəti haqqında daha dolğun məlumatlandırılması baxımından VMA-ların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Prorektor universitetdə yaranan problemlərin aradan qaldırılması işində VMA-nın fəaliyyətinin daha səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə çatdırıb.
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, insanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz tədris sistemindən asılıdır.
VMA-nın missiyası universitet icması daxilində sağlam bir ruh yaratmaq, valideynləri universitet həyatında fəal iştiraka təşviq etmək, habelə ailə, universitet və icma arasında əlaqələri gücləndirməkdir. Universitet icmasına yeni qoşulan bütün valideynlərə köməklik göstərmək, onları ali təhsil ocağının missiyası və məqsədləri ilə tanış etmək, təhsilin təkmilləşdirilməsi ilə bağlı dialoqa cəlb etməkdir.
Tədbirdə müəllimlər, valideynlər çıxış edib, bir sıra təkliflər səsləndirilib və açıq müzakirələr aparılıb.
Səmimi müzakirə şəraitində keçən görüşdən valideynlər razı qalaraq universitetin rəhbərliyinə, professor-müəllim heyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

GDU-nun Mətbuat Xidməti



VALİDEYN- MÜƏLLİM ASSOSASİYASININ ÜZVLƏRİ UNİVERSİTET İDARƏETMƏSİNDƏ İCTİMAİ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ EDİBLƏRVALİDEYN- MÜƏLLİM ASSOSASİYASININ ÜZVLƏRİ UNİVERSİTET İDARƏETMƏSİNDƏ İCTİMAİ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

Oxşar xəbərlər