Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət planının icrası ilə əlaqədar olaraq, həmin Planın 4.8.2. bəndinin “Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli”... işlərin görülməsi, təhsilalanların hərtərəfli inkişaf etmiş mütəxəssis kimi, milli mənafelərimizi qoruyan və müdafiə edən şəxsiyyət kimi, müasir əmək bazarının rəqabətədavamlı, praktik bacarığa malik,, ixtisas hazırlığını daimi təkmilləşdirməyə çalışan gənclərin formalaşmasında, Universitetdə tədrisin nəticələrinin sistematik olaraq araşdırılması, həm də bu işdə valideynlərlə sıx əməkdaşlıqdan səmərəli istifadə etmək məqsədi ilə 21.12.2016-cı ildə “Komputer mühəndisliyi” ixtisasında təhsil alan (III təhsil ili) tələbələrin valideynləri ilə görüş keçirilmişdir.Valideynlərə tədris işləri üzrə prorektor prof.N.Zeynalov tərəfindən Universitetdə tədris prosesinin təşkili və formaları haqda geniş məlumat verilmiş,onlar Universitetin maddi texniki bazası ilə yaxından tanış edilmiş, tələbələrin çalışmaları üçün yaradılmış şəraitlə, müasir təhsil avadanlıqları ilə təhciz olunmuş laboratoriyalar, müasir komputerlərin və digər texniki avadanlıqların yığılması, təmiri,şəbəkələrin qurulması və s. praktik işlərin yerinə yetirilməsini özündə cəmləşdirən “Texnopark”da valideynlərə bu işlər əyani şəkildə təqdim edilmişdir. “Texnopark”ın rəhbəri t.e.f.d.,dos Etibar Rzazadə valideynlərə hər bir tələbənin fərdi işlərini təqdim etmiş, onların bu sahədə yaradıcılıq qabiliyyətlərin üzə çıxarılması və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində görülən işlərdən ətraflı məlumat vermiş, xarici ölkələrin istehsalı olan intellektual “Robot” ların tələbələr tərəfindən hazırlanmış proqramlar əsasında idarə olunmalarını əyani göstərmişdir.
Sonda Universitetin rektoru,prof Ə.Vəliyev valideynləri qəbul etmiş, Universitetdə tədris prosesi haqda, tələbələrin fundamental bilik qazanmaları və müasir əmək bazarının tələbələrinən davamlı mütəxəssislərin yetişdirilməsi üçün yaradılmış şəraitdən ətraflı danışmışdır.
Valideynlər belə görüşlərin həmişə çox səmərəli olduğunu, ümumi işimizə-ixtisaslı mütəxəssis hazırlanması işinə böyük kömək olduğunu qeyd etmiş və universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

OYU-nun Mətbuat Xidməti