Konsul BMU-da tələbələrlə görüşüb

Konsul BMU-da tələbələrlə görüşüb Türkmənistanlı gənclər universitetdəki təhsil mühitindən razıdırlar
Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi-səfirliyin konsulu Cümənəzərov Ovəzgəldi Bakı Mühəndislik Universitetində olub. Qonağı qəbul edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, BMU kampus şəklində fəaliyyət göstərir. Belə ki, universitet kampusunda tədris binaları ilə yanaşı oğlan və qızlar üçün müasir tipli tələbə yataqxanaları mövcuddur. BMU- da kadr hazırlığını həyata keçirən ixtisasların əksəriyyətinin ingilis dilində olduğunu diqqətə çatdıran rektor universitetin xarici əlaqələrinin də yüksək səviyyədə qurulduğunu bildirib.
Səmimi qəbula görə rektora təşəkkür edən konsul Cümənəzərov Ovəzgəldi bildirib ki, BMU haqqında həmişə yüksək fikirlər eşidib. Burada təhsil alan Türkmənistanlı tələbələr də universitetdə olan təhsil mühitindən və tədrisin keyfiyyətindən razılıq edirlər.
Sonda qonaq BMU-da təhsil alan Türkmənistanlı tələbələrlə də görüşüb.

BMU-nun Mətbuat Xidməti


Konsul BMU-da tələbələrlə görüşüb

Oxşar xəbərlər