Türkmənistan səfirliyinin nümayəndələri AzMİU-nun qonağı olub

Türkmənistan səfirliyinin nümayəndələri AzMİU-nun qonağı olub Türkmənistan Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Batur Rəcəpov və səfirliyin attaşesi Atamurat Ballibayev bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın qonağı olub.
Qonaqları salamlayan G.Məmmədova Türkmənistan universitetləri ilə ikitərəfli əlaqələrin qurulması istiqamətində belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, qonaqlara rəhbərlik etdiyi universitet, onun yaranma tarixi, fəaliyyət istiqamətləri, professor-müəllim heyəti, tədris edilən fənlər barədə məlumat verib. Türkmənistan Respublikasından 25 tələbənin AzMİU-da oxuduğunu deyən rektor bütün əcnəbi tələbələr kimi onlara da diqqət və qayğı göstərildiyini vurğulayıb.
Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən konsul AzMİU ilə Türkmənistan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Eyni zamanda B.Rəcəpov bu əməkdaşlığın qurulmasında, inkişaf etdirilməsində, tələbə mübadiləsi prosesinə lazımı köməklik etməyə hazır olduqlarını bildirib. O, türkmən tələbələrin yaxın günlərdə Türkmənistanda keçiriləcək seçkilərdə aktiv iştirakını təmin etmək üçün rektordan Universitet daxilində seçki məntəqəsi yaratmaqda onlara yardımçı olmasını xahiş edib.

AzMİU-nun Mətbuat Şöbəsi


Türkmənistan səfirliyinin nümayəndələri AzMİU-nun qonağı olubTürkmənistan səfirliyinin nümayəndələri AzMİU-nun qonağı olubTürkmənistan səfirliyinin nümayəndələri AzMİU-nun qonağı olub

Oxşar xəbərlər