Hadisə şəhərin girişində yerləşən Bayraq meydanının yaxınlığında baş verib. İlkin məlumata görə, “VAZ-21011” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az