“Nizami” layihəsinin yekun görüşündə UNEC-in doktorantura təhsili üzrə nəticələri yüksək qiymətləndirilib

“Nizami” layihəsinin yekun görüşündə UNEC-in doktorantura təhsili üzrə nəticələri yüksək qiymətləndirilib Fransanın Montpelyer şəhərində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi ilə bağlı yekun görüş keçirilib.
Görüşdə layihə çərçivəsində iş planına uyğun olaraq Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tərəfdaş ali təhsil müəssisələrinin yekun hesabatları dinlənilib. Həmçinin layihənin əhəmiyyəti, əsas nəticələri və perspektivləri müzakirə olunaraq, tərəfdaş universitetlər hesabatlarla çıxış ediblər.
Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinə təqdim etmək üçün yekun hesabat hazırlanıb. Görüşdə ali təhsil müəssisələrində doktorantura sistemi üzrə layihə tərəfdaşları tərəfindən görülən işlər barədə təqdimat keçirilib, Avropa Komissiyasına təqdim olunacaq hesabatlar, Milli İdaretmə Portalının yekun versiyası ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev və beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov məsul olduqları 4 nömrəli işçi paketi üzrə təqdimatla çıxış ediblər. Təqdimatda UNEC-də doktorantura təhsili üzrə edilən yeniliklər barədə tərəfdaşlara məlumat verilib. Eyni zamanda, UNEC-in Fransanın Montpelyer Universiteti ilə ikili diplom proqramından bəhs olunub.
Layihə çərçivəsində aparılan işlərin nəticələri yüksək qiymətləndirilib.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər