UNEC-də “Nizami” layihəsi üzrə müzakirələr aparılır

UNEC-də “Nizami” layihəsi üzrə müzakirələr aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələbələrinə uyğun yenidən qurulması və inkişafı – “Nizami” layihəsi ilə bağlı növbəti görüş keçirilib.
Görüşdə ali təhsil müəssisələrində doktorantura səviyyəsinin standartlarının yaradılması, bu təhsilin maliyyələşdirilməsi, milli idarəetmə portalının istifadəyə verilməsi və s. məsələlər müzakirə olunur.
Görüşün sonunda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunacaq. Müzakirələr fevralın 1-dək davam etdiriləcək.
Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və doqquz ali təhsil müəssisəsinin, eləcə də Avropanın beş aparıcı universitetinin iştirak etdiyi “Nizami” milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

UNEC-in Mətbuat Xidməti


UNEC-də “Nizami” layihəsi üzrə müzakirələr aparılır

Oxşar xəbərlər