Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin Coğrafiya müəllimliyi ixtisasının 1802 saylı qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü, 301 saylı qrup tələbəsi Ramil Ramizovun köməkliyi, fakültə rəhbərliyi və ACC ADPU filialının təşkilatçılığı ilə “Aprel döyüşləri - Qarabağa gedən yol” adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekanı, dosent Şahin Pənahov, dekan müavini və ACC-in vitse-prezidenti dosent Mətanət Əsgərova, dekan müavini, dosent Habil Həsənov, Ümumi tarix kafedrasının müdiri, AMEA-ın müxbir üzvü Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Birinci Qarabağ Müharibəsi və şanlı Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan baş gizir Şöhrət Dadaşov, o cümlədən dəyərli müəllim heyyəti və fəal tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Aprel zəfəri haqda ümumi xülasəylə çıxış edən Türk və Şərqi Avropa xalqları və tarixin tədrisi metodikası kafedrasının professoru Mayıs Əmrahov bu tarixi hadisənin əhəmiyyətindən söz açıb, ardınca I tədris ili tələbələrinin ifasında şeirlər səsləndirilib, “Aprel şəhidləri” haqqında tələbələrin hazırladıqları videoçarxlar nümayiş olunub.
Aprel döyüşlərinin qürur zirvəsi olan Lələ təpə yüksəkliyi haqda maraqlı çıxış hazırlayan tələbələrin təqdimatında bu həddən artıq strateji əhəmiyyətli əraziylə bağlı maraqlı faktlar səsləndirilib.
İstedadlı tələbələrin ifasında Şəhid Müşfiq Orucovun yaşadığı ibrətamiz həyat yolunun nümunəsində bütün Aprel Şəhidlərinə həsr olunmuş əbədi-bədii kompozisiya iştirakçılarda minor notlar oyatmaqla yanaşı, bir qəhrəmanlıq dastanını, Vətən sevgisini təcəssüm elətdirirdi.
Aprel döyüşlərinin iştirakçısı, baş gizir Şöhrət Dadaşov tariximizə qızıl hərflərlə yazılmış “Dörd günlük müharibə” ilə bağlı təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb, Şəhidlərimizi və şərəf tariximizi daim əziz tutduqlarına görə ADPU rəhbərliyi və tələbələrinə təşəkkürünü bildirib.
Sonra dosent Mətanət Əsgərova öz təəssuratlarını bölüşərək tələbələrimizin tariximizə və tarixi hadisələrin qeyd olunmasında xüsusi fəallıq göstərdiklərini qeyd edib. O deyib: “Fakültə rəhbərliyi və ACC idarə heyəti olaraq bizim istedadlı tələbələrimizin bu təşəbbüsünü dəstəkləməyə bilməzdik. Çox sevindirici və qürurlu haldır ki, tələbələrimiz şüurlu surətdə belə məsələlərə böyük həssaslıqla yanaşırlar.”
Tədbirin yekununda vətənpərvərlik marşlarının sədaları və zalın ayaq üstə alqışlarının müşayəti ilə səhnəyə Üçrəngli Azərbaycan bayrağı gətirilib.
Fakültənin I kurs tələbələrinin Aprel Şəhidləri haqda hazırladıqları videoçarxı aşağıdakı videoda izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=WnFBvonPDvI&feature=youtu.be

ADPU, Taleh MİRZƏYEV