Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kafedrasının təşkilatçılğı ilə universitetdə 14 Noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş “Məzunlarla görüş” adlı tədbir keçirilib. Tədbirdə fakültənin müəllim və tələbələri, məzunları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bildirib ki, ADPU ölkəmizin tanınmış və aparıcı ali təhsil müəssisələrindən biridir. ADPU yalnız öz geniş strukturuna görə deyil, həm də qazandığı uğurları, cəmiyyətə verdiyi töhfələri ilə tanınır. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU ölkəmiz üçün 150 mindən çox pedaqoji kadr hazırlayıb. ADPU-da müntəzəm olaraq həm milli, həm də beynəlxalq bayramlar keçirilir. Bu baxımdan, 14 Noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş tədbirin keçirilməsi təqdirəlayiqdir.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxışında qeyd edib ki ölkəmizdə təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar uğurla davam etdirilir. ADPU-da təhsilin inkişafına xidmət edən islahatlar öz müsbət nəticələrini verir. Fakültə daim öz məzunlarının fəaliyyətini diqqətlə izləyir, onlarla sıx əlaqə saxlayır, əməkdaşlıq əlaqələri qurur. Fakültə inklüziv təhsillə bağlı müxtəlif layihələr, proqramlar, elmi seminarlar, dəyirmi masalar və digər tədbirlər həyata keçirir.
Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova çıxış edərək bildirib ki, ölkə rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına böyük önəm verir. Bu da öz növbəsində bizim qarşımızda böyük vəzifələr qoyur, məsuliyyətimizi ikiqat artırır. Belə tədbirlərin davamlı keçirilməsi olduqca vacibdir.
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Aytəkin Məmmədova onların yüksək səviyyəli mütəxəssis kimi yetişmələrində mühüm rol oynamış fakültə rəhbərliyinə və müəllimlərə təşəkkür edib.
Tədbirdə fakültənin tələbələrinin hazırladıqları videoçarx nümayiş etdirilib.
Sonra fakültənin məzunları-55 saylı inklüziv məktəbin loqopedi Fərəh İmamverdiyeva, 138 saylı inklüziv məktəbin korreksion pedaqoqu Ayşən Nəcəfova, 3 saylı xüsusi təhsil məktəbinin loqopedləri Səbinə Həsənova, Fəridə Tağıyeva, Sumqayıt şəhəri 40 saylı uşaq bağçasının loqopedi Xatirə Əliyeva, 17 saylı nitqi qüsurlu uşaqlar üçün bağçanın loqopedi Raidə Məmmədova, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 saylı internat məktəbin surdopedaqoqları Sevda Rzayeva, Aytən Məmmədova, 268 saylı xüsusi təhsil məktəbinin loqopedi Reyhan Əhmədova, 202 saylı inklüziv məktəbin korreksion pedaqoqu Günay Cəlilova təqdimatlarla çıxış ediblər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda xatirə şəkli çəkdirilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi