Bakıda “Moskva merinin təqaüdü” proqramının Qəyyumlar Şurasının iclası keçirilib

Bakıda “Moskva merinin təqaüdü” proqramının Qəyyumlar Şurasının iclası keçirilib Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Moskva şəhəri Hökumətinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin “Moskva merinin təqaüdü” proqramının icraçısı Beynəlxalq Konsaltinq Agentliyi ilə birlikdə təşkil etdiyi Azərbaycan Respublikasında 2018-2019-cu illər qış sessiyasının yekunlarına dair “Moskva merinin təqaüdü” proqramının Qəyyumlar Şurasının iclası keçirilib.
Qəyyumlar Şurasının iclasında Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Moskva şəhəri Hökumətinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin məsləhətçisi Milena Kostyukova, “Moskva merinin təqaüdü” proqramının rəhbəri Nelli Kedrova, Rusiya Federasiyası səfirliyinin və “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndələri, təqaüdçü tələbələr və KİV təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, bu proqram Azərbaycan, Latviya, Litva, Moldova və Estoniyada rusiyalı həmvətənlərin intellektual potensialının qorunub saxlanılması və inkişafı, həmçinin onların yaşadıqları ölkələrdəki ali təhsil müəssisələrində fənlərin rus dilində tədrisi əsasında təhsilinə yardım etmək məqsədilə həyata keçirilir.
İclası giriş sözü ilə açan Qəyyumlar Şurasının üzvü, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Azərbaycanda “Moskva merinin təqaüdü” proqramının uzun illər həyata keçirilməsinə görə Moskva Hökumətinə təşəkkür edib. Qeyd edib ki, həmin proqramın sayəsində Azərbaycanda bir çox tələbələrə yaxşı təhsil almaq üçün layiqli imkan yaradılıb. O xatırladıb ki, bir neçə müddətdir ki, Bakıda mütəmadi olaraq Moskva Mədəniyyəti Günləri keçirilir və Rusiya paytaxtının hökuməti bu tədbirlərin təşkilində mühüm rol oynayır.
Sonra Moskva Hökumətinin naziri, şəhərin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sergey Çeryominin Qəyyumlar Şurasının iclasının iştirakçılarına təbrik məktubunun mətni oxunub. Məktubda xüsusi olaraq qeyd edilib ki, Azərbaycanda məktəbəqədər təhsildən ali məktəblərədək bütün səviyyələrdə rus dilində təhsil aparılır ki, bu da, “şübhəsiz ki, çox sevindirici haldır”.
Qəyyumlar Şurasının iclasında rusdilli tələbə mühitində bu fəxri təqaüdü almağa layiq olan ən yaxşı namizədlərin seçilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Əsas meyar rus dilində təhsil, yaxşı oxumaq, ictimai fəallıq və tələbənin maddi vəziyyətidir. Moskva merinin təqaüdünü alacaq yeni tələbələrin adları da elan edilib.
Qəyyumlar Şurasının proqramının ən yaxşı üzvünə Moskva Hökuməti adından xatirə hədiyyəsi təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər