Yanlış partiyaya səs verdi, barmağını kəsdi - Video

Yanlış partiyaya səs verdi, barmağını kəsdi - Video Hindistanda parlament seçkiləri zamanı səhvən başqa partiyaya səs verən Pavan Kumar adlı vətəndaş özünü qəribə formada cəzalandırıb.
Bülendşehrdə yaşayan Kumar səs verəcəyi aparatda partiyaların simvollarını qarışdırıb. Regional partiya əvəzinə, Hindistan Xalq Partiyasına səs verən Pavan səhvini sonradan başa düşüb. Bu səbəbdən o, barmağını kəsib:
“Fil üçün (RP-nin simvolu) səs vermək istədim, amma çaşıb çiçəyi (HXP-nin simvolu) seçdim. Ona görə də barmağımı kəsdim”.



Tehsil-press.az

Oxşar xəbərlər