Şəkidə seminar: hindistanlı alim ölkəsində ipəkqurdunun palıd yarpağı ilə yemlənməsi qaydalarından danışıb

Şəkidə seminar: hindistanlı alim ölkəsində ipəkqurdunun palıd yarpağı ilə yemlənməsi qaydalarından danışıb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin növbəti seminarında Hindistan İpəkçilik və Toxuculuq Nazirliyinin İpəkçilik Tədqiqat və Təlim Mərkəzinin elmi işçisi Rajeş Kumar “Hindistanda palıd yarpağı ilə yemlənən ipəkqurdlarının bioloji müxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.
Hindistanlı alim ölkəsində palıd yarpağı ilə yemlənən 7 növ ipəkqurdunun biomüxtəlifliyi, hər bir növün yemlənmə xüsusiyyətləri, onlardan alınmış baramanın və sapın bioloji və texnoloji göstəriciləri, ipək saplardan hazırlanan məhsullar barədə məlumat verib. O, həmçinin həmin ipəkqurdu sortlarının yemlənməsində istifadə olunan palıd, gənəgərçək, payam, tapioca, aylant bitki və ağaclarının yetişdirilməsi, yemlənmədə istifadə qaydaları haqqında danışıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda Rajeş Kumarın təmsil etdiyi İpəkçilik Tədqiqat və Təlim Mərkəzi ilə Şəki Regional Elmi Mərkəzi arasında elmi-texniki əməkdaşlığa dair müqavilə bağlanması haqqında razılıq əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər