17 il Bakı şəhərinin Baş memarı olmuş Akif Abdullayev: “İlk dəfədir belə magistrant heyəti ilə görüşürəm. İstərdim ki, digər universitetlərin də tələbə və magistrantları ilə görüşlərimiz olsun. Bunu bir ənənə halına salmaq yerinə düşərdi."
ADPU-nun Magistratura və doktorantura şöbəsinin Coğrafiyanın tədrisi metodikası və metodologiyası (CTM) ixtisasının I tədris ili magistrantlarının “Coğrafiyanın tədrisində diyarşünaslıq prinsipi” fənnindən növbəti tədqiqatları Bakı şəhərinin aqlomerasiyaya necə çevrilməsini araşdırılması olub. Magistrantlar əvvəlcə gənc memar Vüsal Abbasovun vasitəsi ilə qədim Bakı haqqında çəkilmiş videonu əldə edərək həmin görüntülər vasitəsi ilə Bakının 1920-ci illərdəki vəziyyəti, bulvarın görünüşü, küçələr, binalar, parklar, nəqliyyat, ümumi şəhərin görünüşü və s. müşahidə ediblər. Sonra “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun 4 nömrəli MPŞ-inin əməkdaşı olan gənc memar Jalə Əbdürrəhmanova və Bakı Dövlət Layihə İnstitutunun memarı Aynur Manaflı 1969-cu ildə Bakı şəhərinin planlaşdırma eskizi, 1986-cı ildə müəlliflər Abbas Ələsgərov, Teodor Şarinski, Rasim Əliyev və Feyzulla Quliyev tərəfindən çəkilmiş Bakı şəhərinin Baş planı ilə magistrantları tanış etdilər.
Bakı şəhərinin aerokosmik şəkilləri ilə tanış olduqdan sonra fənn müəllimi dosent Mirvari Verdiyeva Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayevlə magistrantların görüşünü təşkil etdi. İdarənin akt zalında Akif müəllim magistrantlarla görüşərək, əvvəlcə onlara ağsaqqal tövsiyyələrini verib.
Baş memar müasir dünyada texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə və informasiyanın güclənməsi şəraitində, dünyaya çıxmaq üçün geniş imkanların olduğu bir vaxtda hansı bacarıqlara nail olmağın səmərəli olduğunu, ingilis, rus və ərəb dillərini öyrənməyin vacib olduğunu gənclərin diqqətinə çatdıraraq ardınca İçəri şəhərin genişlənərək Bakı şəhərinə necə çevrilməsi, şəhərin inkişaf mərhələləri, müasir görkəmi haqqında lazım olan elmi məlumatları bölüşüb, magistrantları Bakı şəhərinin Baş Planı ilə tanış edərək Qara şəhərin Ağ şəhərə necə çevrilməsindən söz açıb.O bildirib ki, harada gəldi torpaq alıb ev tikən şəhər əhalisinin maariflənməsi də vacib əhəmiyyəli bir işdir. Natiq sonda onu da xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın olduqca istedadlı və bənzərsiz layihələri ilə seçilən memarları olub. Xüsusilə də, Zivər bəy Əhmədbəyov (1902-ci ildə memar, 1917-22-ci illərdə Bakı şəhərinin baş memarı), Hənifə Əlisgəndər oğlu Ələsgərov (1967-1972-cı illərdə Baş memar) kimi dahi şəxsiyyətlər tarixdə bənzərsiz memarlıq əsərləri ilə iz qoyublar. Bakını gözəlləşdirən bənzərsiz binaları tikən milyonçuların-tarixi şəxsiyyətlərin xidmətləri sadalanıb.
Magistrantların suallarını cavablandıran və ömrünün 17 ilini Bakı şəhərinin Baş memarı kimi əvəzolunmaz bir fəaliyyətə həsr edən Akif Abdullayev deyib: “İlk dəfədir belə magistrant heyəti ilə görüşürəm. İstərdim ki, digər universitetlərin də tələbə və magistrantları ilə görüşlərimiz olsun. Bunu bir ənənə halına salmaq yerinə düşərdi."
Hörmətli Akif Abdullayevlə sağollaşıb ayrılan magistrantlar fənn müəllimi ilə birlikdə Qız qalasından Bakı şəhərinin vizual görünüşünü lentə alaraq növbəti tədqiqatları üçün materiallar topladılar.

ADPU, Taleh MİRZƏYEV