Macarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşüb

Macarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşüb Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.
Macarıstan təhsil sistemi haqqında danışan qonaq universitetdə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, tələbələrin Macarıstanı seçmək səbəblərindən danışaraq ölkə haqqında ətraflı məlumat verib. M.Qruber Macarıstanda xarici tələbələr üçün ali təhsil forması, beynəlxalq proqramlar, təqaüd proqramlarından söz açıb. Macarıstanda təhsil almaq şərtləri, tələblər, ödəniş formaları ilə bağlı danışan qonaq müraciət prosesi haqqında məlumat verib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

ADU-nun Mətbuat Xidməti



Macarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşübMacarıstan səfirliyinin nümayəndəsi ADU tələbələri ilə görüşüb

Oxşar xəbərlər