Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq; tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi; qarşılıqlı fayda əldə edilməsi; hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması; elmi potensialın inkişaf etdirilməsi; qarşılıqlı anlaşma; akademik, elmi və mədəni əlaqələrin qurulması; elmi araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənədlərdə elmi təcrübə və araşdırma; tədris metodikası üzrə elmi məlumatların ötürülməsi; tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi; elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili; tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutu ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu və Omsk Dövlət Universiteti ilə əməkdaşlıq protokolları imzalayıb.
Aİİ-nin Mətbuat Xidməti