Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyə Respublikasının Kırıkkale Universiteti arasında ikitərəfli əməkdaşlıq protokolu imzalanıb.
Protokolda elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq; maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma; birgə elmi konfrans, simpozium, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması; tədris prosesindəki təcrübələrin, informasiya materiallarının, professor-müəllim heyətinin mübadiləsi nəzərdə tutulur.
Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Aİİ haqqında məlumat verən rektor İnstitutun beynəlxalq əlaqələrin qurulmasına, xarici universitetlərlə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O qeyd edib ki, İnstitutda tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsində qurulması üçün Türkiyə ali müəssisələrinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirmək məqsədilə sözügedən ölkəyə səfər təşkil olunub, həmçinin Marmara, 29 Mayıs və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb.
C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
Türkiyə Respublikası Kırıkkale Universitetinin nümayəndə heyətininin üzvləri – İslam elmləri fakültəsinin dekan müavinləri dr. Adem Yıldırım və dr. Muhammet Ali Yazıbaşı, İslam elmləri fakültəsinin müəllimi Şahin Əhmədoğlu da öz növbələrində Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirərək, İnstituta fəaliyyətində uğurlar arzulayıblar. Onlar iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafından məmnunluqlarını ifadə ediblər.

Aİİ-nin Mətbuat Xidməti