Dünyanın Kıbrısı, Kıbrısın dünyası
O, 1995-ci ildə Hindistanda “Poeziyanın sonuncu imperatoru” seçilib. Ədəbi tənqid onun poeziyasını “kosmik eranın ilk həqiqi poeziyası” adlandırıb. Şairin “Dünya üçün simfoniya” adlı kitabına amerikalı tənqidçi Panos Bardis ön söz yazıb. Mən həmin ön sözü Azərbaycan dilinə tərcümədə oxumuşam. Müəllif yazır: “Bu nəşr elə olmazın təəssürat yaradır və öz nəhəngliyinə elə inandırır ki, biz dünyanı onun gözüylə görməyə məcbur qalırıq, onun musiqili sətirlərini təkrar-təkrar oxuyuruq, o vaxta qədər ki, içimizdəki qara qüvvələr öz yerini nurun gücünə təslim edir və parlaqlığın qamaşdırıcı şəfəqi ilə parçalanır.” Quzey Kıbrısda doğulub, öz poeziyası ilə dünyanı heyran qoyan şair, dramaturq və tənqidçi Osman Türkay haqqındadır növbəti yazım. 1976-cı ildə Kembricin “Qitələrarası Bioqrafiya Mərkəzi” onu Mərkəzə üzv qəbul edir. Bu üzvlük şairə adının sonunda F.İ.B.A. (Fellow Intercontinental Biographical Assocation – Qitələrarası Bioqrafiya Cəmiyyətinə Üzvlük) hərflərindən istifadə etmək hüququ verirdi. Qeyd edim ki, bu üzvlük dünyada nadir istedad sahibi olan yaradıcı şəxslərə nəsib olur. 1979-cu ilin 10 sentyabrında Osman Türkay ABŞ-da keçirilən beynəlxalq tədbirə dəvət olunur. Həmin tədbirdə Nyu-Yorkdakı Danziq Universiteti ilə qardaş elan edilən Hindistan Dünya Universiteti ona “Ədəbiyyat doktoru” fəxri adını verir. Dünya Sənət və Mədəniyyət Akademiyası onu Dünya Şairlərinin Beşinci Qurultayında şeirlərinin mükəmməlliyinə görə “Beynəlxalq Ozanlar Sultanı” adı ilə təltif edir.
Şairin tərcümeyi halını izlədikcə Amerika Birləşmiş Ştatlarının beynəlxalq yaradıcılıq təşkilatlarının ona yüksək dəyər verdiklərinin şahidi oluruq. Sanki Kıbrısda doğulan, İngiltərədə və Türkiyədə şair, dramaturq, yazıçı, tənqidçi kimi formalaşan Osman Türkayın yaradıcılıq istedadını Amerikalılar kəşf edib. O, 1983-cü ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Kosmos əsri şerinə xidmət” mükafatına layiq görülüb. 1984-cü ildə isə həmin institut onu ömrünün sonuna qədər Fəxri üzvlüyünə və Beynəlxalq Müşavirliyə seçib, 1985-ci ildə isə “Xatirə” şərəf medalı ilə təltif edib. Qitələrarası Dünya Şeir Dərnəyi və Dünya Sənət və Mədəniyyət Akademiyası tərəfindən 29 dekabr 1986-cı ildən 3 yanvar 1987-ci ilə qədər Hindistanın Mədrəs şəhərində təşkil olunan Dünya Şairlərinin IX Qurultayında ingiliscə yazdığı “Variasiyalar” kitabına görə 1986-cı ilin “Dünya Şeir Birinciliyi” mükafatını alıb. 1987-ci ildə Beynəlxalq Şairlər Akademiyası ona “Variasiyalar” əsərinə görə “Şeirdə Bərabərsizlik” mükafatını verib. Həmin ildə İtaliyada “Gümüş Zəncirli Beynəlxalq Şeir” mükafatının, “KKTC Cümhurbaşqanlığı şərəf” mükafatının sahibi olub. 1988-ci ildə isə həmin kitabın yüksək müvəffəqiyyəti və şairin kosmos əsri şerinə yeni dəyərlər bəxş etməsi münasibətilə o, Qitələrarası Dünya Şeir Dərnəyi tərəfindən Nobel ədəbiyyat mükafatına namizəd göstərilir,
İtaliya Milli Mədəniyyət Mərkəzi “PelleD Luna” tərəfindən təşkil olunan Beynəlxalq Şeir Müsabiqəsində “Bir portretdə çağımızın üç üzü” şeri ilə birincilik qazanır, Sinqapur XV Sənətlər və Əlaqələr Qurultayında beynəlxalq şeirdə göstərdiyi uğur və qüsursuzluğa görə, Asiyalı Şairlər Federasiyasının “Qızıl Şeir Medalyonu”na layiq görülür.
1990-cı ildə Kenyanın Narobiya şəhərində 8-15 iyul tarixləri arasında keçirilən XVII Beynəlxalq Sənətlər və Əlaqələr Qurultayında “Afrika” şerinə görə “Afrika Şeir Kralı” mükafatına və “Dünyamızın portreti - 1990” poemasına görə “Qızıl Zürafə” mükafatına layiq görülür. Həmin ildə ikinci dəfə Nobel mükafatına namizəd göstərilir. 1991-ci ildə “Yunis İmrə Sevgi, Sülh və Xoşgörü Xüsusi” mükafatını, Avstraliyadan “Qəhrəmanlıq” adını, İngiltərədən “Viktoriya Şeir Medalyonu”nu alır. “Dünya üçün simfoniya” kitabı ilin “Avropa Şeir Kitabları Birincisi” seçilir.
Türk dünyasının bu istedadlı ismi 1997-ci ildə “Kainatda bir gəzinti” adlı kitabı ilə Amerika Nailiyyətlər İnstitutu tərəfindən “İlin adamı və Min İlin Şöhrətlər Sarayı” mükafatına layiq görülüb. “Eynşteyn”, Amerika Bioqrafiya İnstitutunun “Qızıl val”, “Başqanlıq”, Şərəf Mühürü”, Avstraliyada “Uçan Altın Kumru”, ümumilikdə 50 beynəlxalq mükafatla təltif edilib. BMT-nin dünya mükafatı laureatı seçilib. 1998-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin “adamı” elan olunub. O, dünyada ən çox tərcümə olunan şair hesab edilir.
Osman Türkay haqqında bu sətirləri qələmə alarkən həm qürur hissi keçirir, həm də təəssüflənirdim. Ona görə qürur hissi keçirirdim ki, dünyanın aparıcı nəşrləri, məşhur tənqidçiləri bu böyük türk oğlu haqqında dəfələrlə yazaraq onun poeziyasını təqdim ediblər, onu ən incə nüanslarına qədər araşdırmağa çalışıblar. Təəssüflənirdim ona görə ki, biz Osman Türkay haqqında çox az məlumata sahibik. Dünya onu tanıdığı halda bizim Osman Türkay poeziyası haqqında, bir sıra qəzetlərdə dərc olunan məqalələri və tədqiqatçı Elmira Məmmədovanın monaqrafiyası istisna olunmaqla, məlumatımız olmayıb. Elmira Məmmədova “Müasir Kipr türk poeziyasının formalaşmasında Osman Türkayın rolu” (Bakı, 2007) adlı namizədlik dissertasiyasında böyük yazıçının zəngin irsini faktlar, mənbələr əsasında araşrıraraq təqdim edib. Alimin bu əsəri Osman Türkay irsinin öyrənilməsi işinə ən layiqli töhfədir. Yazını hazırlyarkən tədqiqat işindəki faktlara müraciət etməklə, alimin sanballı tədqiqatlarından bəhrələndim. Düşünürəm ki, istifadə edəcəyim mənbələr əsasında hazırlayacağım bu yazımda istedadlı şair haqqında oxucularda mən də müəyyən təsəvvür yarada biləcəyəm. Bir məqamı qeyd edim ki, Osman Türkayın dünyanın hər yerində oxucuları, pərəstişkarları olub. Heyranları ona göndərdikləri məktublarında şairə öz sevgi və ehtiramlarını ifadə ediblər. Maraqlıdır ki, şairə ünvanlanan məktubların arasında Tailand şahzadəsi Vemulçadra, Türkologiya üzrə dünya şöhrətli alim Anna Masala, Hindistanın keçmiş baş naziri Şeila Gürjal və digər görkəmli şəxsiyyətlərin adlarına rast gəlmək mümkündür. Osman Türkay poeziyası həm öz qüdrəti, “ruha sığal çəkən” xisləti ilə hər kəsi cəlb edib. Osman Türkayın şeirlərində səma, kainat, göyün sonsuz ənginlikləri poeziyanın dili ilə danışdırılır. O, kosmosu təsvir edir, səmanın rəsmini öz şair qələmi, ürəyi ilə çəkir, onun sirlərinə agah olmaq istəyir. Buna görə də onu “Kosmos əsri şairi”, “Modernist şeirdə yeni məktəb yaradıcısı” adlandıranlar haqlıdırlar. Osman Türkayın şeirləri yer üzünə sığmayıb, göy üzünə səpələnən şeirlərdir. O, dünyanı hər kəsin anlaya biləcəyi poetik dillə ifadə edir.
DALLARI YERYÜZÜNDE - AĞAÇ
Gözlerim rontgen gibi delip geçiyor duvarları
Kentin sokaklarını dolaşıyorum şimdi İlk karşılaşmamız bu seninle galiba Bay Robot
Günaydın. Uğultular kulaklarımda bir yeni uzay çağı
Bak nasıl çalışıyor makinelerimiz, vitrinlerimiz
Gövdelerimizin gizlerini çözemeyen laboratuvar
Betikler, günceler, renkli dergiler
Bir övgü dudaklarımda: Sen misin Promete
O göksel ateş ne kadar yoğun
Ne kadar geniş ki hep ışık, hep gök boşluğu
Ulises`ler şimdi yer çekiminden öte
Ben kökümü arıyorum karanlık, sık bir ormanda
Nerdesin ilk insan ağacı
Suların dibindeyim akıntılı açık denizlerde
Balıklar, ilkel yaşam hücreleri, fosiller konuşmaz bana
Hâlâ karanlıklarımda Afrika, uzaklarımda proconsul
Yanlış eleştirdin gövdemi Bay Darwin
En eski uzay çağından bana ses ver usum
Ben yeryüzünde yabancı, ben yeryüzünde konuk
Yerçekimini aştım kökümü arıyorum
Osman Türkay 16 fevral 1927-ci ildə adanın şərqində yerləşən Kazafana qəsəbəsində Mustafa Hasan və Emete Hasanın ailəsində dünyaya gəlib. Körpə yaşlarından atasını itirən Osman dayısının himayasəndə yaşayıb. O, 1939-cu ildə qəsəbədəki ibtidai məktəbi bitirib Lefkoşaya gəlir. Burada Türk Kişi Liseyinə daxil olur. Osman Türkay ilk şerini də burada oxuyarkən, təxminən 14 yaşında qələmə alıb. 1942-ci ildə həmin liseyi bitirən O.Türkay sonradan təhsilini Girnə şəhərində yerləşən İngilis Ali Məktəbində davam etdirib. Gələcəyin böyük şairinin dünyagörüşünün formalaşmasında Əhməd Haşım və Yəhya Kamalın şeirləri, eləcə də, Əbdülhaq Hamidin “Məqbər” əsəri mühüm rol oynayıb. O, 1946-cı ildə Girnədə təhlini başa vurub. 1947-1951-ci illər arasında yerli “Hürr söz” qəzetinin redaksiyasında işləyir, qəzetin ədəbiyyat və sənət səhifəsini hazırlayır, eyni zamanda satiraları ilə çıxış edir. 1951-ci ildə jurnalistikanı daha yüksək səviyyədə öyrənmək üçün Türkiyəyə yollanır. Adanaya gəlir. Həmin vaxt Adanada - İncirlikdə NATO aeroportunun tikintisi işləri aparlırdı. Türkay burada yüksək maaşla tərcüməçi işinə qəbul edilir. Türkiyə ədəbi mühiti onu çox özünə cəlb edir. Ədəbiyyat onu özünə cəzb etdikcə, klassik, müasir dünya, türk ədəbiyyatını öyrəndikcə, şairlərlə görüşdükçə, Türkiyənin ədəbi mühitinə daxil olduqca, özünün də cazibəsi yaranırdı Osman Türkayın. O, burada eyni zamanda jurnalistik fəaliyyəti ilə məşğul olur. Türkiyə və Kıbrıs mətbuatında yaradıcılıq nümunələri ilə yanaşı, Adanada nəşr olunan “Vətəndaş” adlı müstəqil qəzetdə “Böyük davalarımız” başlığı altında yazılar dərc etdirir. Bu yazılarıda Kıbrıs türklərinin mücadilələrindən bəhs edir. 1953-cü il payızında O.Türkay ali təhsil almaq üçün Londona yola düşür. O, 1955-ci ildə London Müasir Dillər Məktəbinin jurnalistika fakültəsini, 1958-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə fakültəsini bitirir. Həyatının ilk İngiltərə mərhələsi Osman Türkay üçün ədəbi axtarışlarda keçir. O, mütaliəyə qapanır. Dünya ədəbiyyatını ən qədim dövrdən müasir çağa qədər ələk-vələk edib öyrənir. İnsan övladının yaratdığı, nəsildən-nəslə ötürdüyü mədəniyyəti, fəlsəfəni araşdırır. Düşüncəsinə, təfəkkürünə yazdığı biliklər onun qarşısında dünyanı, kainatı açır. O, 1958-ci ildə Kıbrısa artıq tamamilə başqa – Kainatın hüdudsuzluğunu duyan bir şair kimi qayıdır. “Bozqurd” qəzetinin siyasət və mədəniyyət bölmələrinə rəhbərlik edir. 1959-cu ildə şair-yazıçı Fuad Veziroğlu (Fuad Veziroğlu 1935-ci ildə Kıbrısda anadan olub. Ankara Universitetinin hüquq fakültəsini bitirən Veziroğlu Lefkoşadan millət vəkili seçilib. Sonralar müstəqil vəkil kimi fəaliyyət göstərən Veziroğlu “Halkın səsi” qəzetində məqalələrlə çıxış edib. “Nacak” qəzetində yazı işləri müdiri vəzifəsində çalışıb. Şeirləri “Çukur yanaklı” kitabında toplanaraq çap olunub. Mənbə: İhsan İşık, “Resimli ve Metin Örnekli Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi” 2.bas, 2009) və yazıçı-jurnalist, ictimai xadim Kutlu Adalı ilə birlikdə “Beşbarmaq” və “Xəbərdarlıq” (“Uyarı”) adlı ədəbi jurnalların dərcinə başlayır. 1958-ci ildə Osman Türkayın – “7 Telli” kitabı nəşr olunur.
Ardı var.
İstifadə edilən ədəbiyyat:
1. Elmira Fikrətqızı. “Osman Türkayın poetik irsi”. Bakı, “Elm”, 2010, 256 səh.
2. Şamil (Şamilov) Əli Hüseyn oğlu. Quzey Kıbrıs. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı. 2001. s.152.
3. https://www.turkcebilgi.com/osman_t%C3%BCrkay
4. https://www.edebiyatdenizi.com/
5. https://www.biyografi.net/kisiayrinti.asp?kisiid=915

Böyükağa MİKAYILLI