Aprelin 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Bakının orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminar keçirilir.
Tədbirin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyələndirilməsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqların həyata keçirilməsidir.
Seminar iştirakçıları əvvəlcə Akademiyadakı “Şöhrət” muzeyi ilə tanış olublar. Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, burada nümayiş olunan nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Akademiyanın rəis müavini Elşad Nəsirov seminarın açılışında çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, dövlətimiz tərəfindən müasir texnologiyaların inkişafına böyük sərmayələr qoyulur. Bu gün ölkəmizdə ictimai həyatın elə bir sahəsi yoxdur ki, İKT-nin nailiyyətlərindən istifadə olunmasın. Hazırda Azərbaycan dünyada kosmik ölkələr sırasına daxil olan nadir dövlətlərdəndir. Ölkəmizin üç peyki var. Respublikamızda informasiya texnologiyalarından geniş istifadə olunur.
Nərimanov rayonunun 23 ümumtəhsil müəssisəsinin 60-dan çox şagirdinin iştirak etdiyi seminarda “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Müasir gəncliyimiz və sosial şəbəkələr: qazandığımız və itirdiyimiz” və digər aktual mövzularda məruzələr dinlənilib. Bildirilib ki, Təhsil Nazirliyinin yaxından dəstəyi ilə ilk seminarlar bu gün Nərimanov rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub. Növbəti seminarın mayın 2-də Suraxanı rayonunun məktəbliləri üçün keçirilməsi nəzərdə tutulub.
Seminarda Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının peşəkar mütəxəssisləri, ümumtəhsil müəssisəsinin şagirdləri və digər qonaqlar iştirak edirlər.
Tehsil-press.az