Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisəsində "Veloməktəbli" qrant lahiyəsi çərçivəsində təlim-seminar keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş təlim-seminarın əsas məqsədi məktəbliləri idmanın bu növünə həvəsləndirmək, velosiped idmanı üzrə kütləviliyin artırılmasına nail olmaqdan ibarətdir.
Təlim-seminarda Respublika Olimpiya Velosiped Məktəbinin və Gənc Velosipedçilər İctimai Birliyinin nümayəndələri, məşqçilər, gənc velosipedçilər, şagirdlər iştirak ediblər.
Təlim-seminarda velosiped idman növünün tarixi haqqında videoçarx nümayiş olunub.
Daha sonra layihə çərçivəsində nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib. O, yolda daha diqqətli olmaları ilə bağlı müvafiq tövsiyələrlə çıxış edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Veloməktəbli” layihəsi Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

BŞTİ-nin Mətbuat Xidməti