Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin professor-müəllim heyəti üçün geniş təqdimatı keçirilib. Qeyd edək ki, təqdimat layihənin koordinatoru olan Bakı Biznes Universitetinin (BBU) ADPU-da layihənin yerinə yetirilməsi ilə bağlı monitorinqi çərçivəsində gerçəkləşib.
Təqdimatdan öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov layihə iştirakçıları ilə görüşüb. Görüşdə BBU-nun rektoru, professor İbad Abbasov, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Günay Məhərrəmova, həmin şöbənin mütəxəssisi və layihənin universitet üzrə koordinatıru Lətif Kəngərli, Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov, Layihələrin idarə olunması şöbəsinin müdiri Gülşən Bayramova iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq bildirib ki, universitet 100 illik yubileyinə hazırlaşır. Bu münasibətlə universitetdə islahatlar, yeniliklər, müxtəlif layihələr həyata keçirilir. Ali təhsil müəssisəsinin inkişafı beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsi ilə sıx bağlıdır. Erasmus+ EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Avropa Komissiyasının maliyyələşdirdiyi layihə 2017-2020-ci illəri əhatə edir. Bu layihə çərçivəsində ötən bir il ərzində ADPU-da cari vəziyyət öyrənilib, müvafiq sorğu keçirilib, hesabat hazırlanıb, əməkdaşlarımız layihə ilə bağlı müxtəlif respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak ediblər. Universitetdə Keyfiyyətin təminatı şöbəsi yaradılıb, professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsi tətbiq edilir və bu, müəllimlər üçün motivasiya yaradır. ADPU-da insan resurslarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu ilə, tədris-köməkçi heyətin işə qəbulu isə müsabiqə yolu ilə həyata keçirilir. Həm seçki, həm də müsabiqə şəffaf, ədalətli və obyektiv keçirilir. Hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır.
BBU-nun rektoru, professor İbad Abbasov çıxış edərək səmimi və işgüzar görüşə görə təşəkkür edib. Professor İ.Abbasov qeyd edib ki, ADPU-da yeni komanda formalaşıb. Bu komanda universitetdə islahatların aparılmasında, həmçinin Erasmus+EQAC layihəsində fəal iştirak edir. Bizim Avropa ali təhsil məkanına inteqrasiya etməyimiz həm də dünyaya inteqrasiya etməyimiz deməkdir. Təhsil daim təkmilləşən, yeniləşən, inkişaf etməkdə olan sahədir. Bu sahədə işin yenidən qurulması, islahatların aparılması olduqca vacibdir. Ali təhsilin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması qarşımızda dayanan əsas vəzifədir. BBU Avropanın 15 ölkəsinin 20-yə yaxın universiteti ilə sıx əlaqə qurub. Belə layihələr bizə qarşımıza qoyduğumuz məqsədlərə çatmağa kömək edir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə layihənin uğurlu və kreativ olduğunu bildirərək əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam edib.
BBU-nun Layihələrin idarə olunması şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək təmsil etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, yerli və xarici layihələrdə iştirakı, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün görülən işlər barədə ətraflı məlumat verib. O, sözügedən layihənin yaranma səbəbini, bununla bağlı aparılmış tədqiqatların nəticələri, layihənin detalları və tərəfdaş universitetlər üçün gələcək töhfəsi haqqında danışıb.
ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov Erasmus+EQAC layihəsi haqqında təqdimatla çıxış edib. R.Sadıqov təqdimatında bildirib ki, layihənin Avropa üzrə tərəfdaşları Alikante Universiteti (İspaniya), Kral Texnologiya İnstitutu (İsveç), SMK Tətbiqi Elmlər Universiteti (Litva), Midlsaks Universiteti (Böyük Britaniya), EKT Akkreditasiya Təşkilatı (Litva), Azərbaycan üzrə isə Təhsil Nazirliyi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti, Odlar Yurdu Universitetidir.
Təqdimatda Erasmus+EQAC layihəsi ilə bağlı həyata keçirilmiş tədbirlər, ali təhsil müəssisələrində keyfiyyətə təsir edən əsas amillər, keyfiyyətin artırılması sahəsində Avropa təcrübəsi, keyfiyyətin artırılması ilə əlaqədar ADPU-da görülmüş işlər, eləcə də universitetdə layihə ilə bağlı həyata keçirilmiş işlərdən danışılıb. Bildirilib ki, Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etidirilməsi, universitetlərdə keyfiyyətin artırılması və iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılması, təlimlərin keçirilməsi, yerli və xarici səfərlərin təşkili, ən əsası isə layihənin sonunda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platformanın yaradılaraq tətbiq edilməsi layihənin əsas məqsədlərini təşkil edir. Təqdimatda keyfiyyətin təminati üçün şəraitin yaradılması, keyfiyyətli öyrətmə və öyrənmə, keyfiyyətli idarəetmənin inkişaf etdirilməsi, universitetlərdə Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə mövcud olan standartların və təlimatların tətbiqinin genişləndirilməsi, tədrislə tədqiqatın vəhdəti, Avropa universitetləri ilə uzunmüddətli əməkdaşlığın yaradılması yolu ilə təcrübə mübadiləsi və digər vacib məqamlar öz əksini tapıb.
R.Sadıqov qeyd edib ki, inzibati heyət, professor-müəllim heyəti və təlimçilər üçün inkişaf proqramının təşkili, təlimlərin keçirilməsi, keyfiyyətin təminatı prosesinin dəstəklənməsi üçün resursların inkişafı, keyfiyyətin təminatı məqsədilə onlayn platformanın tətbiq edilməsi və genişləndirilməsi (QPR proqramı), avropalı tərəfdaşlarla beynəlxalq əlaqələrin inkişaf etdirilməsi olduqca vacibdir. Layihənin sonunda gözlənilən nəticələrə layihədə iştirak edən hər bir universitetdə Keyfiyyətin təminatı şöbəsinin yaradılması, sözügedən şöbənin strukturunun və heyətinin, eləcə də prosesə cəlb edilən əməkdaşların təcrübəsinin inkişaf etdirilməsi, nailiyyətlərinin təkmilləşdirilməsi, tədqiqatın, akademik və inzibati heyətin və tələbələrin bacarıqlarının inkişaf etdirilməsi, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatların (ESG) tətbiqinin genişləndirilməsi daxildir.
Tədbir layihə ilə bağlı sualların cavablandırılması və müzakirələrlə başa çatıb.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi