Azərbaycan Texnologiya Universitetinin Keyfiyyətin təminatı şöbəsinin təqdimatı ilə silsilə seminarlar təşkil olunub. Seminarlarda Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) adlı layihənin məqsədi və bu sahədə görülən işlər barədə geniş məlumat verilib.
Akademik və inzibati heyətin də cəlb olunduğu seminarlarda Keyfiyyətin təminatı şöbəsinin funksiyaları və vəzifə öhdəlikləri, müəllim mərkəzli tədris sistemindən tələbə mərkəzli tədris sisteminə keçid üçün universitetin üzərinə götürdüyü öhdəliklər, Avropa standartları və təlimatı, Azərbaycan Milli Kvalifikasiya Çərçivəsi barədə müzakirələr aparılıb.
Silsilə təlimlərdə layihə çərçivəsində Avropada yerləşən partnyor universitetlərin keyfiyyətin təminatı sahəsində gördüyü işlər barədə də əməkdaşları Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov məlumatlandırıb.
Xatırladaq ki, layihə çərçivəsində indiyə qədər İngiltərədə, Litvada, İsveçdə UTECA əməkdaşlarının da iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub və bu təlimlərin nəticəsində UTECA-da keyfiyyət sahəsində ciddi nəticələri olan işlər görülüb.

UTEAC-nn Mətbuat Xidməti