18 aprel 2019-cu il tarixində Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı öz işinə başlamışdır. Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilmiş, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”a uyğunlaşdırılmasındakı mövcud problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.
Mətbuat Xidməti