Mayın1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlərin və istehsal olunan yeni məhsulların nümayişi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. O bildirib ki, dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib və bir sıra uğurlar əldə edilib. Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin əlaqə¬lən¬dirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb.
Elmin inkişaf etdirilməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncam imzaladığını xatırladan akademik vurğulayıb ki, bu, ölkə başçısının elmimizə diqqət və qayğısının daha bir göstəricisidir. Akademik cari ildə ölkəmizdə ilk "Elm günü"nün təntənəli şəkildə qeyd olunduğunu əlavə edib. Hesabat ilində Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80, Nizami adına Ədəbiyyat İnstitutunun 85, İqtisadiyyat İnstitutunun 60, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileylərinin də təntənəli şəkildə qeyd olunduğunu deyib.
Akademik Akif Əlizadə 2018-ci ildə AMEA-nın elmi müəssisələrinin iyirmiyə yaxın dövlət proqramının və digər dövlət tapşırıqlarının icrasında yaxından iştirak etdiklərini, dövlətin elm siyasətinin reallaşması üzrə bir sıra elmi tədqiqat işləri və layihələr həyata keçirdiklərini diqqətə çatdırıb.
Elmlə təhsilin vəhdətindən danışan AMEA rəhbəri bildirib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər həyata keçirilib. Vurğulayıb ki, 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.
Akademik innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.
Beynəlxalq elmi əlaqələrdən danışan akademik Akif Əlizadə vurğulayıb ki, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair müqavilələr imzalanıb. Həmçinin alimlərimiz bir sıra təşkilatların müsabiqələrində iştirak edərək 220 qrant qazanıblar.
Akademik bildirib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Akademiya əməkdaşlarının sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görülüb.
Tehsil-press.az