Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin ən böyük transmilli şirkətlərindən olan “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində Ali Neft Məktəbində İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz veriləcək. İmzalanma mərasimində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadiyyat məsələləri üzrə konsulu Vanq Çunqanq, səfirliyin attaşesi Ven Qohuey, “Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin, proqramlar üzrə meneceri Tao Civen, müştərilərlə iş üzrə meneceri Cong Din və Ali Neft Məktəbinin tələbələri və məsul əməkdaşları iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyevin aprel ayında Çinə işgüzar səfəri zamanı “Huawei” şirkətinin sədri Lian Xua ilə keçirdiyi görüşə diqqət çəkərək bildirib ki, bu görüş iki dövlət arasında iqtisadi əlaqələrinin güclənməsi və yeni əməkdaşlığın yaranmasına ciddi töhfə verib. Rektor Ali Neft Məktəbində İKT Akademiyası və laboratoriyasının yaradılması üçün “Huawei” şirkətinin dəstəyini yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksəksəviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını bildirib. Qeyd edib ki, əməkdaşlıq müqaviləsinin yekunu kimi tezliklə İKT Akademiyası və laboratoriyasının açılışı olacaq və laboratoriya tələbələrin ixtiyarına veriləcək.
Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadiyyat məsələləri üzrə konsulu Vanq Çunqanq bildirib ki, bu cür əməkdaşlıq iki dövlət arasında münasibətləri daha da möhkəmləndirir. O, gələcəkdə yeni tərəfdaşlıq imkanlarının davamlı olacağına ümidvar olduğunu deyib.
“Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirib və şirkətin əməkdaşlarının Azərbaycanda İKT Akademiyasının və laboratoriyasının qurulmasında iştirakından məmnunluğunu ifadə edib. O, tələbələrin avtomatika sahəsində keyfiyyətli mütəxəssis kimi yetişməsi üçün şirkət olaraq onlara hər zaman dəstək olacaqlarını bildirib və tələbələrə uğurlar arzulayıb.
BANM və “Huawei” şirkəti arasında əməkdaşlığın hüquqi əsası 2019-cu yanvarın 23-də imzalanmış anlaşma memorandumu ilə qoyulub. Bu memorandum BANM-in tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək imkanı yaradır.
“Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında Çinin ixtisaslaşmış transmilli özəl şirkətidir. “Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən çox şəbəkə yaradaraq dünya əhalisinin 1/3-nə xidmət edir.
BANM-in Mətbuat Xidməti