Venesuela parlamentinin birinci vitse-spikeri həbs edildi

Venesuela parlamentinin birinci vitse-spikeri həbs edildi Venesuela parlamentinin birinci vitse-spikeri Edqar Sambrano həbs edilib.
Bu barədə parlamentin spikeri Diosdado Kabelo məlumat yayıb. Sambrano 30 aprel dövlət çevrilişinə cəhdə görə tutulub. Birinci vitse-spiker həbs xəbərinin yayılmasından sonra Tvitter səhifəsində açıqlamasında məlumatı təsdiq edib.
O, SEBİN kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən avtomobilində olarkən saxlanıldığını yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər