Tvinninq layihəsi üzrə görülən işlərlə bağlı məlumat verilib

Tvinninq layihəsi üzrə görülən işlərlə bağlı məlumat verilib Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub.
Bu qurumun elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Yaşar Ömərov layihənin ölkəmizdə ali təhsilə verəcəyi töhfələrdən danışıb.
Layihənin Fransadan olan rəhbəri Bruno Kurval, Litvadan olan rəhbəri Giedrius Viliunas və Latviyadan olan rəhbəri Ramina Baiba çıxış edərək, layihənin uğurlu nəticəsinə əmin olduqlarını bildiriblər.
Sonra layihənin Fransa üzrə əlaqələndiricisi Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rübdə planlaşdırılan tədbirləri diqqətə çatdırıb.
Layihənin komponent liderləri həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Komitənin üzvləri tərəfindən növbəti iclasın sentyabrın əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri, həmçinin Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşlər keçirib və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər