14-18 may 2018-ci il tarixlərində avropalı ekspertlər Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana səfər edib.
Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın əhatə olunması məqsədi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı birinci komponenti çərçivəsində ölkəmizə səfər edən nümayəndə heyətinin tərkibində Avropa İttifaqı üzv ölkəsi üzrə layihə rəhbəri Bruno Kurval, qısamüddətli ekspertlər Jan-Lyuk Lambole, İnqa Yuknite-Petreykiyene və Qunta Kinta olublar.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə keçirilmiş görüşlərdə ekspertlər öz ölkələrinin səriştə əsaslı təhsil proqramlarının hazırlanması və təlim nəticələrinin müəyyən edilməsi sahələrindəki təcrübələrini bölüşüblər.
Ekspertlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetində olub, hər iki ali təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb, həmin universitetlərdə müvafiq təhsil proqramlarının hazırlanmasında iştirak edən əməkdaşlarla geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.

Kəmalə Rəhimli