Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb

Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.
Ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.
BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayı artıb. Ümumilikdə apreldə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.
Cənubi Asiyadan Hindistan, Mərkəzi Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4%) və Mərkəzi Asiyadan (44.2%) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.
Türkiyədən gələn turistlərin sayında 10% artım müşahidə olunub - apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.
2019-cu ilin ilk dörd ayının nəticələrinə görə, də Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb və hesabat dövrü ərzində ölkəni ümumilikdə 848 min xarici vətəndaş ziyarət edib.

Tehsil-press.az



Oxşar xəbərlər