Təhsildə fərqlənən əcnəbi tələbələr mükafatlandırılıb

Təhsildə fərqlənən əcnəbi tələbələr mükafatlandırılıb İyunun 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2019-2020-ci tədris ilinin yaz semestrini uğurla başa vuran Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin bir qrup tələbəsi ilə görüş keçirilib.
Görüşdə yaz semestri üzrə dərslərdə yaxşı nəticələr göstərən, nizam-intizamı ilə seçilən, davamiyyəti yüksək olan əcnəbi tələbələr universitet rəhbərliyi tərəfindən hədiyyə və diplomlarla mükafatlandırılıb.
Tədbirdə çıxış edən Strateji planlaşdırma şöbəsinin əməkdaşı Vasif Əskərov təmsil etdiyi şöbənin təşəbbüsü, Əcnəbi tələbələrin hazırlığı fakültəsinin təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasiminin əcnəbi tələbələrə yeni tədris ilində stimul olacağını söyləyib.
Çıxış edənlər universitet rəhbərliyinin hər zaman davamiyyəti, təhsili, nizam-intizamı ilə seçilən tələbələri yüksək qiymətləndirdiyini, onları diqqət və qayğıdan kənar qoymadığı vurğulayıblar.
Sonda təhsildə fərqlənən tələbələrə diplomlar, “Embawood” şirkətinin hədiyyələri təqdim olunub.

AzMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər