Aparılan məqsədyönlü fəaliyyətin nəticəsi olaraq bu tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) daxil olan əcnəbilərin sayı artıb. Bu il 216 əcnəbi universitetə daxil olub. Hazırda respublika üzrə əcnəbi tələbələrin sayına görə AzərbaycanTibb Universitetindən sonra ikinci yerdəyik.
Bunu martın 30-da AzMİU-nun elmi şurasının iclasında əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə deyib. Dekan, həmçinin əcnəbilərin AzMİU-ya cəlb olunması, xarici ölkələrdə universitetin təbliğ olunması istiqamətində görülən işlər barədə də məlumat verib.
İclasda 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova XX əsrdə ermənilərin azərbaycanlıların başına gətirdiyi faciələrdən danışıb, 1918-ci ilin 31 martında baş verənləri tarixin ən qara səhifələri kimi dəyərləndirib.
Sonra rektor inşaat fakültəsinin dekanı, texnika elmləri namizədi Hikmət Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının nəticələri barədə geniş hesabat verib. O, çıxışında ötən illə müqayisədə imtahanlara hazırlıq və təşkilati məsələlərin yüksək səviyyədə qurulduğunu, sessiyanın nəticələrində irəliləyişlərin olduğunu diqqətə çatdırıb.

Hüseyin Şərifov