Miasen dövrünə dair tədqiqat aparılıb

Miasen dövrünə dair tədqiqat aparılıb AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Vüsalə Ağayeva elmi seminarda “Miosen yaşlı süxurlar üzərində aparılmış bəzi geokimyəvi analizlərin nəticələrinin təhlili (Azərbaycan, İslamdağ ərazisi)” mövzusunda məruzə edib.
Tədqiqatçı Şamaxı-Qobustan, İslamdağ ərazilərindən götürülmüş süxur nümunələri üzərində Avstriyanın Leoben şəhərindəki Montana Universitetində 4 ay müddətində aparılmış geokimyəvi analizlərin təhlilinə əsaslanaraq sahənin paleocoğrafiyasını, hidrokarbon neftlilik, neftlilik-qazlılıq potensialını təyin edib. Maykop və Diatom çıxışlarının çöküntülərindən götürülmüş 300 süxur nümunəsi üzərində araşdırmalar göstərib ki, Maykopda əsasən quru, Diatom çoküntülərində isə rütubətli iqlim şəraiti hökm sürüb. Dəniz suyu əsasən duzlu və şirin olub. Hesablamalara görə, Diatomda neft qazlılıq ehtiyatı Maykopdan daha çoxdur ki, həmin ərazi gələcəkdə neft hasilatı üçün perspektivli sayıla bilər. Gil və qeyri-gil mineralları üzərində aparılan element və əsas oksid analizləri təkcə Miosen dövründə Qara dəniz və Xəzər dənizinin iqlimi haqqında deyil, həm də paleocoğrafiya, neft geologiyası üçün önəmli məlumatları özündə daşıyan neft, neft-qaz ehtiyatlarının hesablanması və proqnozu haqqında önəmli məlumatlar verir.

Tehsil-press.az

Oxşar xəbərlər