Elmi seminarda neolit dövrünə dair məruzə dinlənilib

Elmi seminarda neolit dövrünə dair məruzə dinlənilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının iclasında coğrafiya üzrə elmlər doktoru Yelena Tağıyevanın “Təbii şəraitin dəyişməsi və onun insan məskunlaşmasına və təsərrüfat fəaliyyətinə təsiri (Azərbaycan neolit dövrünün yaşayış yerləri timsalında)” mövzusunda rus dilində məruzəsi dinlənilib.
Tədqiqatçı qeyd edib ki, 1960-cı ildə Qafqazın ən qədim paleolit düşərgələrindən biri olan Azıx mağarası aşkar olduqdan sonra Azərbaycan ərazisi Afrikadan Avropaya köçən erkən hominidlərin miqrasiya yollarından birinə daxil edilib. Bu hipoteza Qafqazda bir sıra erkən paleolit dayanacaqlarının - Gürcüstanda Dmanisi, Mərkəzi Dağıstanda Aynikab, Muxkay, Qeqalaşur, Azərbaycanda Tağlar, Qazma, Buzeyir, Damçılı, Qaraca, Cimcimax - aşkarlanmasından sonra öz təsdiqini bir daha tapıb. Əlverişli təbii şərait - rütubətli subtropik iqlim, zəngin faunalı savanna tipli landşaftlar (dəvəquşular, kərgədanlar, fillər, hipporionlar) Azərbaycan ərazisində Eopleystosen və Erkən Neopleystosendə (1,7-0,700 min il əv.) ilk azıxantropun meydana gəlməsinə və sonradan məskunlaşmasına şərait yaradıb.
Məruzəçi bildirib ki, Holosenanın əvvəlində (10-11 min il qabaq) təkcə Qarabağ düzənliyinin zəbt olunmamış ərazisində 2010-1013-cü illərin arxeoloji ekspedisiyası nəticəsində neopolit məskunlaşmanın 169 arxeoloji obyekti qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər