DİN: Bir gündə törədilən 22 cinayətin üstü açılıb

DİN: Bir gündə törədilən 22 cinayətin üstü açılıb İyun ayının 5-dən 6-dək gün ərzində törədilmiş 22 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər