Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı

Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

Tapdıq bəy istedadlı qələm sahibi, tanınmış şair, publisist və jurnalistdir. Uzun illərdir ki, mətbuat sahəsində fəaliyyət göstərən Tapdıq Əlibəyli “Konstitusiya” qəzetinin və “Heyrət” dərgisinin təsisçisi və baş redaktorudur. O, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.

Zəngin yaradıcılığı ilə seçilən Tapdıq bəy 22 kitabın, yüzlərlə elmi, publisistik və araşdırma yazısının müəllifidir. Onun fəaliyyəti müxtəlif mükafatlar və fəxri fərmanlarla qiymətləndirilib.

Əsərlərinin əsas mövzusunu vətənpərvərlik, milli ruh və dövlətçilik ideyaları təşkil edir. Şeirləri və publisistik yazıları oxucular arasında geniş maraq doğurur, səmimi, axıcı üslubu ilə fərqlənir. Onun qələmindən çıxan əsərlər insan sevgisini, milli dəyərlərə bağlılığı və sadəliyi tərənnüm edir.

Bu gün Tapdıq Əlibəyli həm də el içində ağsaqqal kimi böyük hörmət və ehtiram qazanan ziyalıdır. Siyasi fəaliyyətində dürüstlüyü, xalqın dərd-səri ilə maraqlanmağı, sadə vətəndaşın yanında durmağı daim əsas prinsip kimi qoruyub saxlamışdır.

Tapdıq bəy Vətəndaş Həmrəyliyi Partiyasının fəal üzvü kimi də partiyamıza dəyər və nüfuz qazandıran simalardandır.

Hörmətli Tapdıq bəyi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları və uzun ömür arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər