Yeni qiymətləndirmə modelləri tətbiq olunur

Yeni qiymətləndirmə modelləri tətbiq olunur 2018-2019-cu tədris ili ümumi təhsildə 11 il əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalıb. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilib, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılıb.
Təhsil Nazirliyindən Tehsil-press.az-a bildirilib ki, ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilib. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalar tətbiq edilib, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil olunub. İlk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər