Misirdəki Azərbaycan diasporu mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün yeni qrup yaradılıb.
Qahirədəki Azərbaycan diasporu mərkəzində keçirilən tədbirdə “Vətənpərvər” Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov ölkələrimiz arasındakı tarixi əlaqələrdən, Azərbaycanın mədəniyyətindən, incəsənətindən və turizm potensialından geniş söhbət açıb. O, həmçinin Azərbaycan dilinin öyrənilməsinin əhəmiyyətindən, onun mənimsənilməsinin qısa yollarından və ərəb dilindən alınma sözlərdən bəhs edib. S.Nəsirov dilimizdə ərəb dilindən alınma sözlərin sayının altı mindən çox olduğunu xüsusi vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Misirin müxtəlif universitetlərindən olan 50-dən çox tələbə Azərbaycan dilini öyrənmək üçün Qahirədəki diaspor mərkəzinə müraciət edib. İyunun 22-də onlar üçün yeni qrup yaradılıb. Tələbələrə həftədə iki dəfə ödənişsiz dil dərsləri ilə yanaşı, ölkəmizin mədəniyyəti və tarixi də tədris olunur. Hazırda mərkəzdə 19 ölkədən 230-dan çox tələbəyə Azərbaycan dili əsas olmaqla, müxtəlif fənlər ödənişsiz tədris olunur.
Qeyd edək ki, S.Nəsirov üç ildir Qahirə universitetində Azərbaycan dilini tədris edir. Qahirədəki Diaspor Mərkəzinin tələbələri artıq Azərbaycan dilindən ərəb dilinə tərcümə də edə bilirlər.

Asya Hacızadə