Misir Ərəb Respublikasının Asvan şəhərində 23-24 mart 2019-cu il tarixdə Narratologiya (təhkiyə haqqında elm) Tədqiqatları üzrə Misir Cəmiyyəti “Süveyş kanalı” Universitetinin Filologiya fakültəsi və “Asvan” Universiteti Elmlər mərkəzi fakültəsinin birlikdə təşkil etdikləri “Ərəb ədəbi mühitləri” adlı XI beynəlxalq konfrans keçirilib.
Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov “Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərəb ədəbiyyatının öyrənilməsində rolu”, İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi, doktorant Şəms Bağırova “Əbdülqahir əl-Cürcaninin nəzm nəzəriyyəsi" (əl-Mütənəbbinin poeziyasından nümunələr əsasında) mövzularında elmi məruzə ilə çıxış ediblər.
İ.Əlimuradov məruzəsində Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, elm və din sahəsindəki rolundan bəhs edib. Azərbaycanın elm-təhsil müəssisələrinin ərəb dili və ədəbiyyatının öyrənilməsinə və tədrisinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran İ.Əlimuradov Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, inkişafı, akademik Z.M.Bünyadovun elmi xidmətləri, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ərəb dili və ədəbiyyatının yalnız Şərqşünaslıq İnstitutunda deyil, həmçinin respublikanın bir sıra ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan İlahiyyat İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti və digər universitetlərdə tədris edildiyi konfrans iştirakçılarının nəzərinə çatdırılıb.
Görkəmli dilçi alim Əbdülqahir əl-Cürcaninin və dahi ərəb şairi əl-Mütənəbbinin yaradıcılığından bəhs edən Ş.Bağırova məruzəsində bir sıra mühüm məsələlərə toxunub. Ş.Bağırova nəzm nəzəriyyəsinin banisi olan əl-Cürcaninin “Dəlail əl-İcaz” əsərinə müraciət edərək, əl-Mütənəbbinin şeirlərini nəzm konsepsiyasında şərh edib.
Aİİ-nin əməkdaşları, eyni zamanda konfrans iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun yaranması və fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat veriblər.
Səfər çərçivəsində ölkəmizin Misir Ərəb Respublikasındakı Səfirliyini ziyarət edilib, səfirliyin əməkdaşı Emil Rəhimov və Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa” Fondunun Baş direktoru, Qahirə Universitetinin Azərbaycan dili müəllimi, tədqiqatçı Seymur Nəsirov ilə görüş keçirilib. Görüşlərdə Aİİ-nin Misirin müvafiq elm-təhsil müəssisələri ilə əlaqələrin qurulması, xarici təcrübənin öyrənilməsi, mövcud imkanlar və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb.
Aİİ-nin Mətbuat Xidməti