Qahirə Universitetində keçirilən “XIX əsrdə ərəb dili və ərəb ədəbiyyatı dövrü: keçid və transformasiya məsələləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın həyat və elmi yaradıcılığına dair geniş məruzələr təqdim edilib.
Qahirə universitetinin rektoru Məhəmməd Osman Əl-Xoştun rəhbərliyi ilə keçirilən konfransda ərəb ölkələrindən nümayəndələr, Misirin ayrı-ayrı universitetlərinin professor-müəllim heyəti, ictimai-siyasi xadimlər və tələbələr iştirak ediblər. Tədbirdə Azərbaycanın Misirdəki səfirliyi də təmsil olunub.
Misirdə Amerika Universitetinin ədəbiyyat və tənqidi ədəbiyyat sahəsi üzrə doktoru Raşa Ğanim Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyeva haqqında geniş məruzə ilə çıxış edib. Vurğulayıb ki, Aida İmanquliyeva nüfuzlu elm xadimi, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və professor qadın olub. O, Şərqşünaslıq İnstitutuna rəhbərlik edərkən elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, habelə institutda Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları ixtisası üzrə müdafiə şurasının sədri olub. Dünya şərqşünaslıq elminə böyük töhfələr vermiş Aida İmanquliyeva Azərbaycan qadınına örnək bir ömür yaşayıb. O, ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. Aida İmanquliyevanın çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli tədqiqatçısı kimi tanındığını nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları etiraf ediblər.
Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov konfrans çərçivəsində Misirin “Nil Mədəniyyət” telekanalına müsahibə verərək, professor Aida İmanquliyevanın elmi yaradıcılığına və ictimai fəaliyyətinə toxunaraq, Azərbaycan tarixində ilk qadın ərəbşünas, elmlər doktoru olan bu böyük alimin ömrünü xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf etdiyini bildirib. Aida İmanquliyevanın bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modeli olduğunu vurğulayan E.Rəhimov onun elmi fəaliyyətinin geniş və çoxşaxəli olduğunu, çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğunu, elmi əsərlərinin - 3 monoqrafiya (“Mixail Nuayme və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən çox elmi məqalənin nəinki ərəb, həmçinin yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün zəmin yaratdığını diqqətə çatdırıb.
Beynəlxalq konfrans Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Asya Hacızadə