Təhsil Nazirliyində “İnformasiya Texnologiyaları sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə nazir müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və onlardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə yaradılan müasir təhsil sistemini beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və təhsilin modernləşdirilməsində vacib rol oynayan tərəflərlə fikir mübadiləsi aparmaqdan ibarətdir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdimatla çıxış edərək informasiya və kommunikasiya texnologiyaları sənayesində baş verən və proqnozlaşdırılan 10 əsas texnoloji tendensiyalar barədə ətraflı məlumat verib. O, təhsildə texnoloji yeniliklərin tətbiqi sahəsində görülən işlər barədə danışıb. Qeyd edib ki, təhsil sisteminin modernləşdirilməsi üçün tədris fərdiləşməyə uyğun istiqamətləndirilməli və təhsilverənlərin inkişafı mütəmadi olmalıdır.
Sonra müxtəlif təhsil pillələri və ixtisasartırmada müasir texnologiyaların tətbiqi vəziyyəti və perspektivlər müzakirə edilib.

Mətbuat Xidməti