İnformasiya Texnologiyaları İnstitutunda blokçeyn texnologiyalarının tətbiq imkanları araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunda blokçeyn texnologiyalarının tətbiq imkanları araşdırılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda blokçeyn texnologiyaların tətbiqi məsələsi müzakirə olunub.
Müzakirələr zamanı magistrant Elşən Bağırov blokçeyn texnologiyaları, istifadə olunan infrastruktur və baza protokolları, konsensus modelləri, servislər, proqram təminatı, tətbiqlər və biznes həllər barədə məlumat verib.
Blokçeyn texnologiyasının vaxta qənaət, izafi xərclərin minimuma endirilməsi, risklərin azaldılması və etibarlılığın artırılması kimi üstünlüklər vəd etdiyini söyləyən məruzəçi bu texnologiyanın tətbiqindən və mövcud problemlərdən də söz açıb. O, texnologiyanın geniş tətbiqi üçün bir sıra texnoloji və hüquqi problemlərin, o cümlədən miqyaslanma, idarəetmə və tənzimləmə probleminin həllinin vacib olduğunu vurğulayıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, bu texnologiyanın gələcək tədqiqi üzrə bir sıra təklif və tövsiyələr səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər