Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş “Qaydalı oyunlar” elektron kataloqunun hazırlanması” layihəsinin sonuncu mərhələsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi ibtidai sinif müəllimlərinin məşğələlərin oyun üzərində qurulması bacarıqlarının formalaşmasına dəstək verməkdir. Kataloqun əlçatan olması üçün elektron formatda çıxması nəzərdə tutulub.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun baş mütəxəssisi, ekspert Fərqanə Seyidli kataloq üçün oyunlar hazırlayıb. Ekspertlər uşaqların üzərində oyunları aprobasiya ediblər. “Qaydalı oyunlar” kataloqunun təqdimatının Bakı və Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulur.
Layihəyə noyabrın 29-da yekun vurulacaq.
Tehsil-press.az